Xəzər Xəbər

"Qalatasaray"dan daha bir transfer bombası: 20 milyonluq ulduz

İdman | 17:58 • 2 İyul 2017
"Qalatasaray"dan daha bir transfer bombası:

Bafetimbi Qomis, Yunes Belhanda və Maykonla müqavilə bağlayan "Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir. İstanbul klubu "Milan"la yollarını ayıran Keysuke Hondanı heyətinə qatmaq istəyir.

"Qalatasaray" yapon futbolçuya 2 illik müqavilə təklif edib. 31 yaşlı forvard təklifi qəbul etsə, ildə 2 milyon avro qazana bilər.

Keysuke Hondanın ulduzu Moskva ÇSKA-sından parlayıb. 2009-2014-cü illərdə Rusiyada çıxış edən yapon futbolçu 2014-də 6 milyon avroya "Milan"a transfer olunub. Ötən mövsümə qədər komandanın əsas simalarından biri olan Honda 2016/17 mövsümündə heyətə düşməkdə çətinlik çəkib. Bunun nəticəsidi ki, cəmi 8 rəsmi oyunda forma geyinib, bunun ikisində start şeyətində yer alıb və 226 dəqiqə oynayaraq 1 qol vurub.

2013-cü ildə transfer qiyməti 20 milyon avroya yüksələn Honda Yaponiya millisində keçirdiyi 90 oyunda 36 qol vurub.

Fanat.Az

Xəbər lenti