Xəzər Xəbər

"Beşiktaş" təsdiqlədi: Pepe gələ bilər

İdman | 17:31 • 2 İyul 2017
"Beşiktaş" təsdiqlədi:

"Beşiktaş"ın prezidenti Fikret Orman "Real"dan aypılan Pepe ilə danışıqlar apardıqlarını təsdiq edib. Fanat.Az xəbər verir ki, klub rəhbəri bu barədə "Fanatik"ə açıqlamasında bildirib:

"Pepe üçün danışıqlar aparmağımızla bağlı xəbərlər doğrudu. Onu istəyirik, amma transfer siyahımızda başqaları da var. Pepe və digər futbolçuların transferi bizə bağlıdı. Büdcəyə nəzarət etməli və imkanlara uyğun davranmalıyıq. Bizim istədyimiz şərtlər ola, transfer baş tutacaq.

Pepenin "Beşiktaş"a keçidi baş tutsa, o, Türkiyəyə gələn ən titullu futbolçu ola bilər. 34 yaşlı mərkəz müdafiəçisi "Portu"nun heyətində Portuqaliya çempionluğunu (2 dəfə), ölkə kubokunu (1), Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazanıb. Pepenin "Real" karyerası daha zəngin olub. Futbolçu "Kral Klubu" isə İspaniya çempionluğuna (3), "Kral Kuboku"na (2), ölkə Super Kubokuna (2), Çempionlar Liqasına (3), UEFA Super Kubokuna (1) və klublarası dünya çempionluğuna (2) sahib çıxıb.

Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub.

Xəbər lenti