Xəzər Xəbər

Futbolda rekordlar alt-üst olur: 145 milyonluq transfer

İdman | 16:42 • 2 İyul 2017
Futbolda rekordlar alt-üst olur:

"Arsenal" transfer tarixinin rekordlarını alt-üst etmək niyyətindədi. Fanat.Az xəbər verir ki, London klubu Kilian Mbappe üçün rekord məbləğdə təklif göndərməyə hazırlaşır.

İddialara görə, "Arsenal" 18 yaşlı ulduz üçün "Monako"ya 145 milyon avro təklif edəcək. Bildirilir ki, Arsen Venger "Monako" ilə yanaşı, Mbappenin atası ilə danışıqlara başlayıb. O, futbolçunun atası ilə görüşərək oğlunun İngiltərədə daha yaxşı inkişaf edəcəyinə və böyük uğurlar qazana biləcəyinə inandırmağa çalışıb.

Qeyd edək ki, hazırda transfer rekordu Paul Poqbaya məxsusdu. O, ötən il "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.

Xəbər lenti