Xəzər Xəbər

"Çelsi" 36 yaşlı qolkiperi transfer etdi

İdman | 13:54 • 2 İyul 2017
"Çelsi" 36 yaşlı qolkiperi transfer etdi

Son İngiltərə çempionu "Çelsi" heyətini gücləndirib.

London təmsilçisi 36 yaşlı argentinalı qolkiper Villi Kabalyeronu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı əlcək sahibi yeni klubuna azad agent statusu kimi keçib.

Qeyd edək ki, Kabalyeronun son iş klubu İngiltərənin digər təmsilçisi "Mançester Siti" olub.

Xəbər lenti