Xəzər Xəbər

Polşa yığmasının üzvü "Qarabağ"da RƏSMİ

İdman | 13:19 • 2 İyul 2017
Polşa yığmasının üzvü "Qarabağ"da

"Qarabağ" Polşanın "Legia" klubunun futbolçusunu transfer edir. Təmsilçimiz Polşa klubunun kaptanı Yakub Rjejniçakı heyətinə qatır.

Onun bu gün "Qarabağ" üçün tibbi müayinədən keçərək anlaşma imzalayacağı bildirilir. Anlaşmanın müddəti 2 il olacaq.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov xəbəri təsdiq edib. Klub rəsmisi bildirib ki, həqiqətən də Yakub Rjejniçakla danışıqlar olub. Amma müqavilənin imzalanma tarixinin bilinmədiyini deyib.

Qeyd edək ki, Yakub Rjejniçak 2003-2004-cü ildə "Vidzev"də çıxış edib. 2004-cü ildə "Legia"ya transfer olunan futbolçu bu komandanın heyətində 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokun qalibi olub. 30 yaşlı mərkəz müdafiəçisi Varşava təmsilçisinin kapiatnıdı.

Yakub Rjejniçak indiyədək Polşanın əsas millisində 9 oyun keçirib. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.

Xəbər lenti

Çox oxunanlar