Xəzər Xəbər

Türkiyə millisinin üzvü "Milan"da 21 milyon avro

İdman | 13:14 • 2 İyul 2017
Türkiyə millisinin üzvü "Milan"da

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu karyerasını İtaliyada davam etdirəcək. "Sky Sport İtalia" xəbər verir ki, türk futbolçu bu gün İtaliyaya gedərək tibbi müayinədən keçəcək.

Məlumata görə, "Milan" futbolçu üçün "Bayer"ə 21 milyon avro ödəyəcək. Müqaviləyə əsasən alman klubu gələcəkdə bonus olaraq daha 4 milyon avro qahana bilər.

Hakan italyanlarla 4 illik müqavilə imzalayacaq. 23 yaşlı yarımmüdafiəçi ildə 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, FIFA-nın 4 ay futbol oynamağı qadağan etdiyi futbolçu 2014-cü ildə "Hamburq"dan "Bayer"ə 14,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub.

Xəbər lenti