Xəzər Xəbər

Konfederasiyalar Kubokunun qalibi məlum olur

İdman | 12:43 • 2 İyul 2017
Konfederasiyalar Kubokunun qalibi məlum olur

Bu gün Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku başa çatacaq.

Bu gün Konfederasiyalar Kubokunda həm üçüncü yerin sahibi, həm də çempionun adı məlum olacaq. Əvvəlcə üçüncü yer uğrunda oyunda Portuqaliya və Meksika qarşılaşacaq.

Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gətirəcək oyunda isə Almaniya ilə Çili üz-üzə gələcək.

Konfederasiyalar Kuboku

3-cü yer uğrunda oyun

16:00 Portuqaliya - Meksika
Baş hakim:
Fahad Əl Mirdasi
Köməkçi hakimlər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)
Dördüncü hakim: Bakari Qassama (Qambiya)
Moskva, "Spartak” stadionu

Final oyunu

22:00 Çili - Almaniya
Baş hakim:
Milorad Maziç
Köməkçi hakimlər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq stadionu

Xəbər lenti