Xəzər Xəbər

Putin finala baxmağa gəlməyəcək

İdman | 12:39 • 2 İyul 2017
Putin finala baxmağa gəlməyəcək

Bu gün Sankt-Peterburqda Konfederasiyalar Kubokunun finalı keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin Almaniya və Çili arasında keçiriləcək həlledici qarşılaşmanı stadiondan izləməyəcək.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Xatırladaq ki, Rusiya dövlət başçısı iyunun 17-də Konfederasiyalar Kubokunun açılış mərasimində iştirak etmişdi. Həmin vaxt o, Rusiya millisinin Yeni Zelandiyaya qarşı oyununa canlı tamaşa etmişdi.

Bu günsə finalda Almaniya və Çili milliləri qarşılacaq. Final oyunundan öncə isə 3-cü yer uğrunda Portuqaliya-Meksika milliləri mübarizə aparacaq.

Xəbər lenti