Xəzər Xəbər

"Roma" yetirməsinə 10 milyon avro xərclədi

İdman | 15:44 • 1 İyul 2017
"Roma" yetirməsinə 10 milyon avro xərclədi

"Roma" heyətinə daha bir futbolçu cəlb edib.

"Canavarlar" sabiq futbolçusu Lorenso Pelleqrinini sıralarına qaytarıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisində 7 nömrəli forma altında çıxış edəcək. "Roma" bu transferə görə onun sabiq klubu "Sassuolo"ya 10 milyon avro təzminat ödəyib.

İtaliya millisinə də dəvət alan futbolçu yetirməsi olduğu "Roma"da 2014/15 mövsümündə cəmi 1 oyun keçirdikdən sonra 1,2 milyon avroya "Sassuolo"ya transfer olunmuşdu.

O, bu komandada son iki mövsümdə 54 oyuna çıxıb. Pelleqrini geridə qalan mövsümdə iştirakçısı olduğu 28 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbər lenti