Xəzər Xəbər

"Qalatasaray"ın ulduzu gedir Yeni klubu

İdman | 13:43 • 1 İyul 2017
"Qalatasaray"ın ulduzu gedir

Uesli Sneyder "Qalatasaray"dan gedir. Bu barədə "Sky Sport İtalia" məlumat yayıb.

İddia olunur ki, holland ulduz "Qalatasaray"la müqaviləsini pozaraq İtaliyanın "Sampdoriya" klubu ilə 2 illik anlaşma imzalayacaq. Sneyder yeni klubunda ildə 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, "Qalatasaray"la 2018-ci ilədək müqaviləsi olan Sneyder 2013-cü ildə "İnter"dən 7,5 milyon avro transfer edilib. 2007-ci ildə "Ayaks"dan 27 milyon avroya "Real"a keçən holland ulduz 2 il sonra 15 milyon avro qarşılığında İtaliya klubuna transfer olunmuşdu.

Xəbər lenti