Xəzər Xəbər

"Lion" "Real"ın futbolçusunu transfer etdi

İdman | 12:26 • 1 İyul 2017
"Lion" "Real"ın futbolçusunu transfer etdi

Fransanın "Lion” klubu "Real”ın hücumçusu Mariano Diası transfer edib.

Bu barədə klubun rəsmi saytı yayıb. Fransa Liqa 1 təmsilçisi 23 yaşlı forvard üçün "kral klubu”na 8 milyon avro ödəyəcək. Mariano ilə 5 illik müqavilə bağlanıb.

Müqavilədə yer alan bəndə görə, Madrid təmsilçisi futbolçunu istənilən zaman geri qaytara bilər.

Qeyd edək ki, "Real”ın öz yetirməsi olan dominikanlı hücumçu Madrid klubunun heyətində şans qazandığı 14 oyunda 5 qola imza atıb.

Xəbər lenti