Xəzər Xəbər

"Qalatasaray"dan 7 milyon avroluq transfer

İdman | 12:19 • 1 İyul 2017
"Qalatasaray"dan 7 milyon avroluq transfer

"Qalatasaray” 3-cü əcnəbi transferini ictimaiyyətə açıqlayıb.

"Sao Paulo”nun futbolçusu Maykon bu gün "sarı-qırmızılılar”la 4 illik müqavilə imzalayıb.

"Cim-bom" 29 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün Braziliya klubuna 7 milyon avro ödəyib.

Maykon ötən mövsüm "San Paulu”da 44 oyuna çıxıb və 3 qol vurub.

Qeyd edək ki, "Qalatasaray" yay transfer pəncərəsində hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanı da heyətinə cəlb edib.

Xəbər lenti