Xəzər Xəbər

"Qalatasaray" Ukrayna millisinin üzvünə "elçi düşdü"

İdman | 14:04 • 28 İyun 2017
"Qalatasaray" Ukrayna millisinin üzvünə "elçi düşdü"

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Sarı-qırmızılar"ın siyahısına düşən son isim icarə əsasında "Şalke"də oynayan Yevgeni Konoplyankadı. Müqavilə ilə "Sevilya"ya məxsus olan ukraynalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyən türklər ispan klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 2015-ci ildə "Dnepr"in heyətində Avroliqanın finalına yüksələn Ukrayna millisinin üzvü sonradan "Sevilya"ya transfer edilmişdi.

Xəbər lenti