PSJ-nin qapıçısı Salvatore Siriqu karyerasını İtaliyada davam etdirəcək.
Qol.az-ın xəbərinə görə, 30 yaşlı qolkiper "Torino”da çıxış edəcək.
Klubun rəsmi saytı bu barədə xəbər yayıb. Ancaq müqavilə müddəti və
şərtləri haqda məlumat verilməyib.
Qeyd edək ki, italiyalı qapıçı ötən mövsüm icarə əsasında "Osasuna”da çıxış edib.