Xəzər Xəbər

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer edir

İdman | 12:06 • 28 İyun 2017
"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer edir

"Barselona”nın gənclər komandasının kapitanı Erik Qarsiyakaryerasını İngiltərədə davam etdirəcək.

16 yaşlı futbolçu "Mançester Siti”də forma geyəcək. Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi üçün 1,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qarsiyanın meneceri Kataloniya klubunun sabiq üzvü Karles Puyoldur. "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 16 yaşlı istedadı məhz sabiq yetirməsi sayəsində razı salıb.

Xəbər lenti