Xəzər Xəbər

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşir

İdman | 11:58 • 28 İyun 2017
Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşir

Bu gün Konfederasiyalar Kuboku-2017-də yarınfinal mərhələsinə start veriləcək.

Final çıxmaq uğrunda ilk mübarizə Portuqaliya - Çili qarşılaşmasında olacaq. Kazandakı matçın qalibi finalda, məğlubu 3-cü yer uğrunda oyunda yarışacaq.

Xatırladaq ki, son Avropa çempionu Portuqaliya hazırkı turnirdə 7 xalla A qrupunun qalibi olub. Cənubi Amerika çempionu Çili isə 5 xalla B qrupunda 2-ci yeri tutub.

28 iyun

22:00. Portuqaliya - Çili

Xəbər lenti