Xəzər Xəbər

"Sevilya" sabiq futbolçusunu geri qaytardı

İdman | 11:52 • 28 İyun 2017
"Sevilya" sabiq futbolçusunu geri qaytardı

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

Əndəlus təmsilçisi "İnter"də forma geyən Ever Baneqanı transfer edib. Argentina milli komandasının üzvü ilə tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2014-2016-cı illərdə "Sevilya"da çıxış edib. Baneqa İspaniya klubu ilə iki dəfə Avroliqanın qalibi olub.

Xəbər lenti