Xəzər Xəbər

"Monako"nun hücumçusu "Marsel"ə keçdi

İdman | 17:04 • 25 İyun 2017
"Monako"nun hücumçusu "Marsel"ə keçdi

"Monako"nun futbolçusu Valer Jermen komandasını dəyişib.

27 yaşlı hücumçusu karyerasını "Marsel"də davam etdirəcək.Bu barədə Knyazlıq klubunun saytı məlumat yayıb.

Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Jermenin transferi "Marsel"ə 8 milyon avroya başa gəlib.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm ərzində I Liqada 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Jermen "Monako"nun yetirməsidir və Fransanın U-20 və U-21 yığmalarında forma geyinib.

Xəbər lenti