Xəzər Xəbər

Məhkəmə Messi qərarını verdi

İdman | 13:59 • 25 İyun 2017
Məhkəmə Messi qərarını verdi

Argentinalı ulduz futbolçu Leonel Messinin Barselona Məhkəməsi tərəfindən vergi ödəməmək iddiası ilə 21 aylıq həbs cəzası aldığı və bu cəzanın hakim tərəfindən pul cəzasına çevrildiyi bildirilib.

Barselona komandasında forma geyən Messinin dosyesinin təmiz olması və 2 ildən az cəza alması onun həbs cəzasının cərimə ilə əvəzlənməsinə imkan verib.

Belə ki, Messi həbs cəzası qarşılığında 252 000 avro ödəyəcək.

Qeyd edək ki, ulduz futbolçunun atası da eyni cinayət maddəsindən 15 ay həbs cəzası alıb və onun da cəzası 180 000 avro pul cəzasına çevrilib.

Xəbər lenti