Xəzər Xəbər

Rusları bərabərlik də qane etmir KONFEDERASİYALAR KUBOKU

İdman | 13:54 • 24 İyun 2017
Rusları bərabərlik də qane etmir

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də iki oyun keçiriləcək. A qrupunun son iki matçı eyni saatda başlayacaq.

Hesabında 3 xal olan Rusiya millisi 4 xal toplayan Meksika ilə görüşdə qələbə qazanmağa məhkumdu. Stanislav Çerçesovun komandasını bərabərlik də növbəti mərhələyə çıxarmayacaq. Meksikalılara isə heç-heçə bəs edir.

Qrupun 4 xala malik digər komandası - Portuqaliya Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Autsayderlə görüşdə Kriştiano Ronaldonun komandası liderlik şansından yararlanacaq.


Konfederasiyalar Kuboku – 2017

24 iyun


19:00. Meksika – Rusiya

19:00. Yeni Zelandiya – Portuqaliya


Xəbər lenti