Xəzər Xəbər

Dünya qaranlığa qərq olacaq – noyabrda

İdman | 13:39 • 24 İyun 2017
Dünya qaranlığa qərq olacaq

NASA adından yayılan iddiada bu hadisənin 2 həftə çəkəcəyi qeyd edilib

Dünya qaranlığaqərq olacaq. Bu qorxulu proqnozun müəllifi NASA alimləridir.

İddiaya görə, yer kürəsi bu ilin noyabr ayında iki həftəlik qaranlığa qərq olacaq.

Guya NASA rəhbəri Çarlz Bolden bu barədə hesabat hazırlayıb. Hesabatda qeyd edilib ki, bu fenomen Yupiter və Veneranın eyni müstəviyə gəlməsi ilə əlaqədardır. Bu hadisədən sonra Günəşdə güclü partlayış baş verəcək, temperatur qəfil artacaq və 15 gün ərzində yavaş-yavaş azalmağa başlayacaq. Bu müdət ərzində günəş rəngini dəyişəcək və mavi olacaq.

Lakin bir müddət sonra Amerika kosmik agentliyi onların adından yayılan informasiyanı təkzib ediblər. Məlumata görə, bənzər idialar hələ 2012-ci ildə yayılmağa başlayıb. "Belə əfsanələr müntəzəm olaraq yayılır”.

Xəbər lenti