Xəzər Xəbər

Ronaldoya şok təklif: açıq çek və...

İdman | 13:12 • 24 İyun 2017
Ronaldoya şok təklif:

"Real"dan ayrılmaq istədiyini deyən Kriştiano Ronaldonu heyətinə qatmaq istəyən klublardan biri PSJ-di. XəzərXəbər xəbər verir ki, Paris klubu portuqaliyalı ulduzu razı salmaq üçün növbəti addımını atıb.

"Marsa"nın yaydığı məlumata görə, PSJ rəhbərliyi Ronaldoya açıq çek göndərib. Ulduz futbolçu istədiyi məbləği bu çekə özü yaza bilər.

Qəzet yazır ki, Ronaldo "Real"dan ayrılmaq istəsə də, prezident Florentino Peres və baş məşqçi Zinəddin Zidan ondan vaz keçməyib. Zidan bir neçə gün əvvəl Ronaldoya zəng edərək ona ehtiyaclarının olduğunu demişdi. Peres isə Konfederasiyalar Kuboku bitəndən sonra portuqaliyalı ilə görüşərək razı salmağa çalışacaq.


Xəbər lenti