Xəzər Xəbər

"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı

İdman | 12:58 • 24 İyun 2017
"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı

Xames Rodrigesin "Real"dan ayrılacağı dəqiqləşib. XəzərXəbər xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.

Kolumbiyalı ulduzun yeni klubu da artıq bəllidi. Məlumata görə, Joze Mourinyo nəhayət onu "Mançester Yunayted"də oynamağa razı salıb.

"Real"ın da bu transferə razılıq verdiyi bildirilir. Bu yay Kilian Mbappeni transfer etməyi planlaşdıran "Kral Klubu" Rodrigesin satışından əldə edəcəyi məbləği fransalı ulduzun alınmasına xərcləyəcək.

Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" 25 yaşlı ulduza 50 milyon avro qiymət qoyub.

Xəbər lenti