Xəzər Xəbər

"Barselona" braziliyalı futbolçu transfer etdi RƏSMİ

İdman | 12:28 • 24 İyun 2017
"Barselona" braziliyalı futbolçu transfer etdi

"Barselona" braziliyalı yarımmüdafiəçi transfer edib. XəzərXəbər xəbər verir ki, Kataloniya klubu "Santos"dan Lukas Lima ilə anlaşıb.

Bu barədə "ESPN Brasil" məlumat yayıb. Sayt iddia edir ki, "Barselona" "Santos"la müqaviləsi yanvarda bitəcək 26 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalayıb. Lima ildə 5,5 milyon avro qazanacaq.

Lukas Lima ESPN-ə açıqlamasında xəbəri təsdiqləyib və bildirib ki, gələn ilin 1 yanvarından etibarən "Barselona"nın formasını geyinəcək.

Açıqlama verən futbolçunun komanda yoldaşı Bruno Henrike isə "Onun üçün çox xoşbəxtik. Bu transferə haqqı olan futbolçudu. "Santos"a çox böyük xeyir verib. Ona "Barselona"da uğurlar arzulayırıq" deyib.

Qeyd edək ki, "10 nömrə" mövqeyində çıxış edən Lima "Santos"a 2014-cü ildə "İnternasional"dan 1,26 milyon avroya transfer olunub. 26 yaşlı futbolçu "Santos"un heyətində 175 rəsmi oyun keçirib və 18 qol vurub.

Xəbər lenti