Xəzər Xəbər

“Qarabağ” yeni qapıçı transfer etdi

İdman | 11:02 • 24 İyun 2017
“Qarabağ” yeni qapıçı transfer etdi

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən "Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın "Dnepr” klubunda başlayan 29 yaşlı çərçivə qoruyucusu daha sonra "Krivbass”a keçib. 2012-ci ildə Donetsk təmsilçisi "Şaxtyor”a transfer olunan qolkiper geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına da dəvət alıb.

Xəbər lenti