Xəzər Xəbər

Ardanın meneceri açıqladı, "Qalatasaray"lılar sevindi

İdman | 14:13 • 23 İyun 2017
Ardanın meneceri açıqladı, "Qalatasaray"lılar sevindi

Kriştiano Ronaldo və bir çox məşhur futbolçunun meneceri Xorxe Mendeşin Kataloniyaya səfər edərək "Barselona" rəhbərliyi ilə görüşməsi barədə xəbər vermişdik. Məşhur menecer bu görüşdə Arda Turan və Andre Qomeslə bağlı müzakirələr aparıb.

Xorxe Mendes Arda Turanın təmsilçisi Ahmet Bulutla şərikdi. Ona görə də türk futbolçunun transferində söz sahiblərindən biri hesab olunur.

"El Mundo Deportivo"nun məlumatına görə, Mendeş Arda Turana Çin, İngiltərə, İtaliya və Türkiyədən təkliflər var. Və bu açıqlama "Qalatasaray" azarkeşlərinin sevincinə səbəb olub.

Düzdü, menecer Ardanı istəyən klubun adını açıqlamayıb. Amma daha öncə "Fənərbaxça"dan təklif alan futbolçunun "Türkiyədə "Qalatasaray"dan başqa klubda oynamaram" açıqlaması onun vətənə dönəcəyi halda yetirməsi olduğu klubdan başqa yerə getməyəcəyini deməyə əsas verir. Üstəlik, bir neçə gün əvvəl "Qalatasaray"ın Arda üçün təklif göndərməsi barədə xəbərlər yayılmışdı.

Xəbər lenti