Xəzər Xəbər

Sançesdən tarixi qol

İdman | 14:08 • 23 İyun 2017
Sançesdən tarixi qol

Çili milli komandasının futbolçusu Aleksis Sançes Konfederasiyalar Kubokunda Almaniya ilə keçirilən oyunda (1:1) komandasının yeganə qolunun müəllifi olub.

Bu qol Sançes üçün əlamətdar olub. O, yığmada 38-ci qolunu vurmaqla Çili millisinin heyətində ən çox qol vuran futbolçu olub. "Arsenal"ın futbolçusu bu göstəricidə lider olan əfsanəvi Marselo Salası geridə qoyub.

Saçes həmçinin, vurduğu qolla Konfederasiyalar Kubokunun da tarixinə düşüb. Bu qol turnirdə vurulan 400-cü qol olub.

Xəbər lenti