Xəzər Xəbər

"Barselona"dan gözlənilməz transfer

İdman | 13:38 • 23 İyun 2017
"Barselona"dan gözlənilməz transfer

"Barselona" ilə bağlı gözlənilməz transfer xəbəri yayılıb. Kataloniya klubunun Çinin "Quanqzu Everqrande" klubunda çıxış edən Paulinyonu transferi siyahısına saldığı iddia olunub.

Goal.com-un əldə etdiyi məlumata görə, "Barselona" artıq Çin klubu ilə danışıqlara başlayıb. Kataloniyalıların bu transferi reallaşdırmaqda istirar etdiyi bildirilir.

Qeyd edək ki, Avropa karyerasına Litvanın "Vilnius" klubunda başlayan Paulinyo 2013-cü ildə 20 milyon avroya transfer olunduğu "Tottenhem"dən Çin klubuna 14 milyon avroya keçib. O, "Quanqzu Everqrande"nin heyətində Çin çempionu olub.

Xəbər lenti