Xəzər Xəbər

Salah rəsmən "Liverpul"da

İdman | 11:51 • 23 İyun 2017
Salah rəsmən "Liverpul"da

"Liverpul" yay transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.

"Qırmızılar" "Roma"nın futbolçusu Məhəmməd Salahı heyətinə cəlb edib. Onunla 5 illik müqavilə imzalanaıb. 25 yaşlı yarımmüdafiəçi yeni klubunda 11 nömrəli formanı geyəcək.

Premyer Liqa təmsilçisi misirli yarımmüdafiəçinin transferi üçün İtaliya klubuna 40 milyon avro ödəyib.

Salah başa çatan mövsümdə "Roma”nın heyətində meydana çıxdığı 41 oyuna 19 qolvə 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti