Xəzər Xəbər

"Real"ın 30 milyonluq ulduzu Türkiyədə

İdman | 16:43 • 22 İyun 2017
"Real"ın 30 milyonluq ulduzu Türkiyədə

"Beşiktaş" "Real"ın ulduzunu transfer etmək istəyir. "Qara Qartal" Pepeyə elçi düşüb.

"Beşiktaş" "Real"la müqaviləsi başa çatan və yeni aplaşma təklif olunmayan portuqaliyalı ulduzla danışıqlara başlayıb. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.

Pepenin "Beşiktaş"a keçidi baş tutsa, o, Türkiyəyə gələn ən titullu futbolçu ola bilər. 34 yaşlı mərkəz müdafiəçisi "Portu"nun heyətində Portuqaliya çempionluğunu (2 dəfə), ölkə kubokunu (1), Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazanıb. Pepenin "Real" karyerası daha zəngin olub. Futbolçu "Kral Klubu" isə İspaniya çempionluğuna (3), "Kral Kuboku"na (2), ölkə Super Kubokuna (2), Çempionlar Liqasına (3), UEFA Super Kubokuna (1) və klublarası dünya çempionluğuna (2) sahib çıxıb.

Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub.

Xəbər lenti