"İnter"in yarımmüdafiəçisi Ever Baneqa yenidən "Sevilya"nın şərəfini qoruyacaq.
28 yaşlı havbek Əndəlus klubuna 9 milyon avroya başa gələ bilər. Argentinalı futbolçu ötən yay klubu azad agent kimi tərk etmişdi.
Baneqa A Seriyasında çıxdığı 28 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onunla "Espanyol" da maraqlanır.