Xəzər Xəbər

Azərbaycan-2017: Həftəsonuna ilkin hava proqnozu - Formula-1

İdman | 14:54 • 22 İyun 2017
Azərbaycan-2017:

Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb.

Yarış həftəsonu günəşli və sərt küləyin müşayiəti ilə keçəcək.

İyunun 23-də buludsuz hava şəraitində pilotlar 28 dərəcə istilikdə sərt küləyə qarşı yarışacaqlar. Bir gün sonra havanın temperaturu dəyişməsə də, cənub-şərq küləyi əsəcək. Bu havada komandalar trekə adaptasiya olmağa çalışacaqlar. İyunun 25-də havanın hərarəti artacaq və külək bir az səngiyəcək.

Yarış həftəsonu yağış yağacağı gözlənilmir.

Xəbər lenti