Xəzər Xəbər

Donnarumma qərarını dəyişə bilər

İdman | 15:56 • 21 İyun 2017
Donnarumma qərarını dəyişə bilər

Canluici Donnarummason qərarına baxmayaraq, "Milan"la müqaviləsini yeniləyə bilər.

Gənc qolkiper yeni mövsümdə ehtiyatda qalmaqdan ehtiyat edir. Donnarumma hazırda 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına görə Polşadadır.

Onun agenti Mino Rayola da Polşaya yollanıb. 18 yaşlı qolkiperin ötən həftə "rossoneri" ilə müqaviləsini yeniləməkdən imtina etməsi böyük rezonansa səbəb olmuş, klubun bir sıra azarkeşlərini hiddətləndirmişdi.

"Real Madrid"in prezidenti Florentino Perez isə "Cadena Cope" radiosuna açıqlamasında italiyalı çərçivə qoruyucusu ilə maraqlandıqlarını etiraf etmişdi.

Xəbər lenti