Xəzər Xəbər

Konfederasiyalar Kuboku: Portuqaliya ev sahiblərinə qarşı

İdman | 15:53 • 21 İyun 2017
Konfederasiyalar Kuboku:

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start veriləcək.

A qrupunda iki görüş baş tutacaq.

Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşacaq. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirmək niyyətindədi. Öz növbəsində, Kriştianu Ronaldo və komanda yoldaşları da meydana qələbə üçün çıxacaqlar.

Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcək. Şimali amerikalılar əsas rəqiblərinin bir-biri ilə qarşılaşmasından maksimum yararlanmaq niyyətindədi. Bu mənada, Yeni Zelandiya ilə görüşdə Xuan Karlos Osorionun yetirmələrini qələbədən başqa nəticə qane etməyəcək.


FİFA Konfederasiyalar Kuboku - 2017
21 iyun

A qrupu
19:00. Rusiya - Portuqaliya
22:00. Meksika - Yeni Zelandiya

apasport

Xəbər lenti