"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta "İnter"ə keçməyə çox yaxındı. Milan təmsilçisinin idman direktoru Pyero Ausilio "Barsa"da eyni postu tutan Ariedo Braydayla görüşüb.
Tərəflər kataloniyalılarla 2018-ci ilin yayınadək müqaviləsi olan 33 yaşlı ulduzun transferini götür-qoy edib. İlkin razılığa gələn klub rəsmiləri danışıqları davam etdirəcək.
Qeyd edək ki, İnyestanın xidmətində daha bir İtaliya klubu - "Yuventus" da maraqlıdı.