Xəzər Xəbər

Dünyada ən yaxşı stolüstü oyun icad edildi

İdman | 12:17 • 21 İyun 2017
Dünyada ən yaxşı stolüstü oyun icad edildi

Latviyada yaradılmış "Ice Cool” adlı stolüstü oyun uşaqlar üçün dünyada ən yaxşı stolüstü oyun hesab edilib. "Skaties.lv” saytının yazdığına görə, bu ixtira Almaniyada nüfuzlu "Spiel des Jahres” ("İlin ən yaxşı oyunu”) mükafatına layiq görülüb.

1978-ci ildə təsis edilmiş "Spiel des Jahres” mükafatı ən yaxşı stolüstü oyunlara və kart oyunlarına görə təqdim edilir. Hazırda bu mükafat həmin sahədə dünyada ən nüfuzlu təltif hesab olunur.

"Ice Cool” oyunu "Brain Games” şirkətində yaradılıb. Xarici tərəfdaşların sayəsində bu gün həmin oyunun 15 beynəlxalq versiyası mövcuddur. Oyun özü isə 20-dən artıq dilə tərcümə edilib və 40-a yaxın ölkədə yayılıb.

"Ice Cool” oyununun nüsxələrinin sayı yüz minə yaxındır.

Xəbər lenti