Xəzər Xəbər

“Mourinyo vergidən yayınıb” – İspaniyadan növbəti ittiham

İdman | 17:09 • 20 İyun 2017
“Mourinyo vergidən yayınıb”

İspaniyanın prokurorları "Manchester United” futbol klubunun baş məşqçisi Joze Mourinyonu vergidən yayınmaqda ittiham ediblər.

Mourinyonun 2011-2012-ci illərdə vergilərdən 3.6 milyon dollar yayındırdığı bildirilir.

İspaniya rəsmiləri son günlərdə vergi qaçaqçılığında bir neçə futbolçu və məşqçilərə qarşı ittihamlar səsləndirib.

Onlardan biri də "Real Madrid” futbol klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldodur. Ronaldonun vergidən 14.75 milyon avro yayındırdığı qeyd olunur./AzNews.az

Xəbər lenti