Xəzər Xəbər

Daha bir avtobusun istiqaməti dəyişdi

İdman | 13:37 • 20 İyun 2017
Daha bir avtobusun istiqaməti dəyişdi

175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucov küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucov küçəsinə daxil olmadan Nobel pr, Nəcəfqulu Rəfiyev küç. Xocalı prospekti ilə hərəkət edəcək. Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ümvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

Məlumat üçün bildirək ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş traektoriya ilə hərəkət edir.

Xəbər lenti