Xəzər Xəbər

Messinin toyunu MOSSAD qoruyacaq

İdman | 12:23 • 20 İyun 2017
Messinin toyunu MOSSAD qoruyacaq
Argentina ilin toyuna hazırlaşır. Belə ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messi ilə Antonella Rokuzo 30 iyun tarixində rəsmi nikaha daxil olacaqlar.

Cütlük Rosarioya uçaraq toyla bağlı son hazırlıqları görür. "CNN Türk"ün verdiyi məlumata görə, Mesinin toy mərasimində təhüləsizliyi yerli polislə birgə İsrailin kəşfiyyat orqanı olan MOSSAD təmin edəcək.

Qeyd edək ki, Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Onun Antonella Rokuzodan iki övladı olsa da, bu günə kimi cütlük evliliklərini rəsmiləşdirməyiblər./faktxəbər

Xəbər lenti