Xəzər Xəbər

Avropa Liqasında Azərbaycan klublarının rəqibləri bəlli oldu

İdman | 15:34 • 19 İyun 2017
Avropa Liqasında Azərbaycan klublarının rəqibləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün UEFA Avropa Liqasınını birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.

"İnter" və "Zirə" klubları birinci təsnifat mərhələsində, "Qəbələ" isə ikinci təsnifat mərhələsində turnirə qoşulacaq. .

"İnter"in rəqibi Serbiyanın "Mladost Lukani" klubu olub. Klub ilk oyununu səfərdə keçirəcək.

"Zirə" isə Lüksemburqun "Differdanj" klubu ilə görüşəcək. Qəsəbə klubu ilk görüşünü evdə keçirəcək

Avropa Liqasının birinci təsnifat mərhələsinin matçları 29 iyun və 6 iyul tarixlərində, ikinci mərhələnin matçları 13 və 20 iyul tarixlərində keçiriləcək.

Xəbər lenti