Xəzər Xəbər

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi

İdman | 14:20 • 19 İyun 2017
Çempionlar Liqası:

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin 17 cütünün tərkibi müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi məlum olub.

Ağdam təmsilçisi yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

Çmpionlar Liqası

II təsnifat mərhələsi

"Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

İlk oyunlar 11-12 iyulda, cavab matçları isə 18-19 iyulda keçiriləcək.


Xəbər lenti