Xəzər Xəbər

"Barselona"da şok ayrılıq

İdman | 13:34 • 19 İyun 2017
"Barselona"da şok ayrılıq

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubunu dəyişə bilər. Bu barədə "Sport1" məlumat yayıb.

Xəbərə görə, xorvatiyalı futbolçu "Bavariya"nın maraq dairəsindədir. Kataloniya klubunda futbolçu çoxluğunun Rakitiçin kənarda qalmasına və oyun təcrübəsinin aşağı düşməsinə gətirib çıxaracağı qeyd olunub. Hətta "Barselona"nın PSJ-dən Marko Verrattini alacağı təqdirdə, klubun onun vidalaşacağı bildirilir.

Qeyd edək ki, 29 yaşlı hücumçu "Barselona"ya 2014-cü ildə "Sevilya"dan keçib. Onun transferi 18 milyon avroya başa gəlib. Son mövsümdə isə 32 matçda meydana çıxıb və 5 qola imza atıb.

Xəbər lenti