Xəzər Xəbər

Çili millisi Konfederasiyalar Kubokuna qələbə ilə start verib

İdman | 09:51 • 19 İyun 2017
Çili millisi Konfederasiyalar Kubokuna qələbə ilə start verib

İyunun 18-də Rusiyada keçirilən Konfederasiyalar Kubokunun ikinci gününün son qarşılaşmasında Çili millisi Kamerun komandası ilə qarşılaşıb.

Cənubi Amerika çempionunun üstünlüyü ilə keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən Çili komandası görüşün sonlarında vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cənubi amerikalıların heyətində 81-ci dəqiqədə Arturo Vidal və 91-ci dəqiqədə Eduardo Varqas fərqləniblər.

Xəbər lenti