VİDEO: Binalarda kommunal xidmətlərin qiyməti süni şəkildə artırılır

Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var
Şrift ölçüsü:

Web TV 20:10 – 11.1.2017

Elektrik və qazın qiymətinin diferensiallaşdırılmasından sonra yeni binalar və şəhərciklərdə də kommunal ödənişlər artırılır. Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var. Baxmayaraq ki, əksər bina və şəhərciklərdə kommunal xidmətlərə işıq və qaz birbaşa daxil deyil.

Xezerxeber.az məlumat verir ki, yalnız binaların və həyətin işıqlandırması, yaxud da mərkəzi istilik sistemi varsa onda kommunal ödənişlərin qismən artması mümkün sayıla bilər.

Mütəxəssislər isə əsas səbəb kimi bəzi sahibkarların bina tikilib təhvil verilsə də özlərini əmlak sahibi kimi aparmasında göstərirlər. Binanı tikən şirkət kommunal xidmətləri də öz öhdəliyinə götürür və sakinlərdən istədiyi məbləği tələb edir. Üstəlik, zaman keçidikcə ödənişlər artırılır. Bəzən həmin ödənişin məbləği başqa binada kirayə pulu qədər olur. Halbuki, Mənzil Məcəlləsinə görə bina təhvil verildikdən 6 ay sonra, binanı tikən şirkət idarəetmədən çəkilməlidir və bu cür xidmətlər 3 formada həyata keçirilə bilər.

Yeni cəmiyyət Ədliyyə Nazirliyində qeydiyaytdan keçirildikdən sonra binanı tikən sahibkar və yaxud idarə edən şirkət avtomotik idarəetmədən uzaqlaşdırılır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Mənzil-komunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, bənzər hallar bəzi sahibkarların bina tikilib təhvil verildikdən sonra özlərini əmlak sahibi kimi aparmasından qaynaqlanır. Əgər vətəndaşlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətininin yaradılması üçün kömək və yaxud mariflənmək istəyirlərsə nazirliyin Mənzil-komunal siyasəti şöbəsinin 012 493 04 86 saylı nömrəsinə müraciət edə bilərlər. Bu günə kimi artıq 40-a yaxın binada belə cəmiyyət yaradılaraq dövlət qeydiyyatından keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 


883 dəfə oxunub


Digər xəbərlər


VİDEO: İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator
20:29 – 19.1.2017

Kalkulyatorun hesablama qaydası isə çox sadədir.

VİDEO: Bu şəxsi işə düzəltmək adı ilə aldatdılar - DİQQƏTLİ OLUN!
20:15 – 19.1.2017

Bu vəziyyətdə vətəndaş nə etməlidir? Əməkaşlarımız mövzunu araşdırıb.

VİDEO: Sosial şəbəkələrdə - TƏHLÜKƏLİ TENDENSİYA
20:13 – 19.1.2017

Sosial şəbəkələrdə insanları intihara və depresiyaya sövq edən səhifələr yaradıb insanları psixoloji təsir altda saxlayırlar.

VİDEO: Aydın Əliyev gömrüklərdəki sıxlığın səbəbini açıqladı
20:10 – 19.1.2017

Aydın Əliyev: “Sınıq Körpü” keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına səbəb işbazlardır

VİDEO: Etibarnamə ilə avtomobil almaq TƏHLÜKƏLİDİR - İZLƏYİN!
20:08 – 19.1.2017

Abşeron sakinin etibarnamə ilə aldığı avtomobil başına iş açıb.

VİDEO: Millət vəkilləri AZAL-ı kəskin tənqid etdilər - Parlamentdə gərgin müzakirə
20:01 – 19.1.2017

AZAL Azərbaycanın dövlət büdcəsinə böyük yükdür və bu qurumun özəlləşdirilməsi çox vacibdir.

VİDEO: Şagirdlər ingilis dilini daha mükəmməl öyrənəcək - Məktəblərdə Danışıq Klubları yaradılır
19:55 – 19.1.2017

Danışıq klublarının yaradılması ilə xarici dil kurslarına tələbatın azalacağı gözlənilir.

VİDEO: Yevlaxda canavarlar 120 baş qoyunu parçaladı
19:51 – 19.1.2017

Hadisə Daşkəsən rayon sakini Əbülfəz Orucovun təsərrüfatında baş verib.

VİDEO: Polis əməliyyat keçirdi - Həbs olunanlar var
19:50 – 19.1.2017

Polis əməkdaşları Bilgəh qəsəbə sakinindən 14 kiloqrama yaxın marixuana aşkarlayıb.

VİDEO: Ölümdən son anda belə qaçdı
17:15 – 19.1.2017

Rusiyalı sürücü dəhşətli avtomobil qəzasından son anda xilas olub.







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi