VİDEO: Metroda şirin yuxuya gedən SƏRXOŞ sərnişin: O, metroya necə daxil olub?

Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir
Şrift ölçüsü:

Web TV 20:11 – 11.1.2017

Çox az hallarda da olsa, Bakı metrosunda sərxoş sərnişinlərə rast gəlmək mümkündür. Belə sərnişinlər nəinki digərlərinin narahatlığına səbəb olur, həmçinin onların təhlükəsizliyini də riskə atır. Məsələn, sərxoş birinin kimisə qatar reyslərinin üzərinə itələməsi mümkün ehtimaldır. Dünən əməkdaşlarımız Bakı metrosunda qatarda yerdə yatıb qalan sərxoş sərnişini lentə alıb. Maraqlıdır ki, sərxoş halda girişin qadağan olunduğu metroya bu şəxs necə daxil olub və bunun məsuliyyətini kim daşıyır?

Xezerxeber.az məlumat verir ki, sərxoş sərnişin qatarın içərisində oturacağın qabağında döşəmədə oturaraq yuxuya gedib. Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir.

Sərxoş şəxsin polis nəzarətindən keçərək qatara necə daxil olması sual doğurur. Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirildi ki, sərxoş şəxslərin metropoliten ərazisində buraxılması qadağandır. Təhlükəsizliyə polis əməkdaşları cavabdeh olduğuna görə bu məsələ onların məsuliyyətindədir. Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsi ilə əlaqə saxlasaq da, qurumdan bununla bağlı məlumat vermədilər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, metroda baş verən bu hadisə nəticəsində digər vətəndaşlara hansısa ciddi zərər dəyməyibsə, bu, yalnız inzibati məsuliyyətə səbəb olur.

Yəqin ki, bundan sonra aidiyyatı qurumlar sərxoş şəxslərin metroya daxil olmasına daha ciddi nəzarət edəcəklər. Çünki sərxoş şəxslərin metroya daxil olandan sonra orda kiməsə zərər vurmaq, eləcə də platformada dayanan şəxslərin həyatında təhlükə yaratmaq ehtimalı çox böyükdür. Adi bir nəzarətsizlik hansısa sərnişinin həyatı bahasına başa gələ bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 


1434 dəfə oxunub


Digər xəbərlər


VİDEO: Təbriz klubu növbəti qələbəsini qazandı
15:45 – 23.1.2017

İran çempionatında 17-ci turun oyunları keçirilir.

VİDEO: Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək - Azərbaycan Prezidenti
15:04 – 23.1.2017

“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”.

VİDEO: “YouTube”da messencer funksiyası test edilir
14:26 – 23.1.2017

“YouTube” xidməti özünün “Android” və iOS üçün mobil əlavəsində məlumat, video və istinad mübadiləsi funksiyasını sınaqdan keçirir.

VİDEO: Hillari Klinton ərini prezidentin qızına baxarkən yaxaladı və...
14:20 – 23.1.2017

ABŞ-ın yeni prezidenti Trampın andiçmə mərasiminda yaşananlar sosial mediada müzakirələrə səbəb olub.

VİDEO: Atatürk aeroportunda əməliyyat: qadın narkotiklə belə tutuldu
14:19 – 23.1.2017

Əməliyyat anı təhlükəsizlik kameralarına düşüb

VİDEO: Yağış Taylanda problem yox, pul gətirdi
14:07 – 23.1.2017

Artıq 1000 dollar dəyərində qızıl külçə tapanlar da var

VİDEO: Yağış Taylanda problem yox, pul gətirdi
14:06 – 23.1.2017

Taylandda leysan yağışlarının yağması nəticəsində su torpaqdakı qızılları yuyaraq üzə çıxarıb.

VİDEO: Huşunu itirənə qədər döydü
13:53 – 23.1.2017

Tanımadığı adamın qəfil hücumuna məruz qalan şəxs ona şillə atan gənci huşu gedənə qədər döyüb

VİDEO: 10 saniyəyə 19 bina partladıldı - Biznes mərkəzin inşası üçün
12:15 – 23.1.2017

150 kv.m sahəni əhatə edən beton tikililərin dağıdılması üçün 5 ton partlayıcı lazım olub.

VİDEO: 18 yaşlı gəncin ilk klipi rekord qırdı - 82 milyon baxış
10:29 – 23.1.2017

Türkiyədə 18 yaşlı gəncin ilk klipi rekord qırıb.







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi