VİDEO: Yolların mühafizə zolağında qanunsuz tikintilər aparılır

Bəs belə tikinti aparanları hansısa cəza gözləyirmi?
Şrift ölçüsü:

Web TV 20:12 – 11.1.2017

Binalar bəzən yollara o qədər yaxın tikilir ki, iş dövründə yaranan problem bir kənara, illər sonra daha betərləri ortaya çıxır. Avtomobil saxlamağa yer olmur, səkilər zəbt olunur, həmin yolda tıxaclar yaranır, bəzən yolun genişləndirilməsi də mümkün olmur. Bəs belə tikinti aparanları hansısa cəza gözləyirmi?

Xezerxeber.az məlumat verir ki, yolun hərəkət hissəsinə o qədər yaxın tikilib ki, yer olmadığından tikinti materialları da avtomobillərin gediş-gəlişinə mane olur.

Bu yaşayış binası da yolun mühafizə zolağında tikilib. Piyadalar məcbur olub yolun hərəkət hissəsindən istifadə edirlər.

Həm yerli, həm də respublika əhəmiyyətli yolların mühafizə zolağında qanunsuz tikintilər aparılıb. Müşahidə zamanı Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi və Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində belə mənzərəyə rast gəldik.

Tikinti işlərinin aparılması piyadalara da problem yaradır.

Tikinti işlərini aparan şirkətin nümayəndəsi deyir ki, ərazidə yaşayış binasının tikilməsi üçün Yasamal rayon İcra Hakimiyyətindən və digər orqanlardan icazə alınıb.

Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində - 3 saylı şəhər klinik xəstəxanasının yaxınlığında yerləşən bu yaşayış binası isə yolun mühafizə zolağında tikilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Nazirlər Kabinetinin əvvəlki qərarına əsasən mühafizə zolağı respublika əhəmiyyətli yolarda 30, yerli əhəmiyyətli yollarda 12 metr yarım idi. Bu məsafə yolların çiynindən hesablanırdı. Ancaq yeni qərarda tikinti işləri yol çiynindən yox, ortasından hesablanmaqla aparılır.

Qanunun tələblərini pozan fiziki şəxslər 1500 manatadək, hüquqi şəxslər 6-8 min manatadək, qanunsuz tikintiyə icazə verən vəzifəli şəxslər isə azadlıqdan məhrum edilməklə müvafizə miqdarda cərimə oluna bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


963 dəfə oxunub


Digər xəbərlər


VİDEO: Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA
20:27 – 22.1.2017

Özü də iddia edir ki, bunun dünyada alternativi yoxdur.

VİDEO: Miniatür itlər - Boyları nə qədər balaca olsa da, qiymətləri hədsiz baha olur
20:19 – 22.1.2017

Bu itlərin qiyməti 300 manatdan başlamaqla hətta 1500-2000 manata qədər yüksəlir.

VİDEO: Bankdan maraqlı addım - Kredit borcunu biznes sahibi olan şəxsdən yox, zamindən aldılar
20:17 – 22.1.2017

Maraqlı hadisə Biləsuvar rayon Aşağı Cürəli kənd sakini İbrahim Bağırovun başına gəlib.

VİDEO: Bu görüntülər sosial şəbəkələrdə müzakirə olunur - Sərnişinlərin həyatını təhlükəyə atdı
20:11 – 22.1.2017

Belə ki, 39 nömrəli avtobusun sürücüsü hərəkət etdiyi ən sağ zolaqdan anidən sola dönüş edib.

VİDEO: Etibarnamənin müddəti bitdi - 7 ildir ki, avtomobilin əvvəlki sahibini axtarır
20:08 – 22.1.2017

Səyyar Məmmədov 2008-ci ildə paytaxta sakini Vasif Əskərovdan minik avtomobili alıb.

VİDEO: Sərnişinlərin nəzərinə - Məlumat terminalları işə düşdü
20:02 – 22.1.2017

Bakıdakı həmin terminalların fəaliyyəti bərpa edilib və paytaxtda xidmət göstərən sərnişin avtobusları bu terminallara inteqrasiya edilib.

VİDEO: Azərbaycandan Trampa özəl hədiyyə - Ağ Evə göndərildi
19:59 – 22.1.2017

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.

VİDEO: "Qurani-Kərim" surələrinə aid illüstrasiyalar çəkir
19:58 – 22.1.2017

20 ildən çoxdur ki, bu işlə məşğul olan rəssam 114 surənin yarısından çoxuna aid tablo hazırlayıb.

VİDEO: Tovuzda oğurluq edən şəxs tutuldu
19:53 – 22.1.2017

Tovuz polisi evdən 1100 manat pul oğurlayan şəxsi saxlayıb.

VİDEO: At sahibinin dəfnində ağladı - İnanılmaz
17:55 – 22.1.2017

Adətən itlərin sadiq dostluğu haqda çox eşidirik.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi