VİDEO: Bakıda evə basqın olub

Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanı, istintaq gedir
Şrift ölçüsü:

Web TV 19:41 – 11.1.2017

Bakıda evə basqın olub. Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə həbs edilmiş şəxslər tanıdıqları şəxsin evinə silah və bıçaqla basqın edib, quldurluq yolu ilə evdən pul və xeyli noutbuk oğurlayıb.

Xezerxeber.az məlumat verir ki, həbsxanada tanış olan dostlar, azadlığa çıxdıqdan sonra əlbir olaraq cinayət törədiblər.

Onlar silahlanıb, əvvəlcədən tanıdıqları şəxsin evinə basqın ediblər. Ağır cinayət paytaxtın Yasamal rayonu Zərdabi prospektində baş verib. Elmir Hümbətzadə ''102'' xidmətinə məlumat verib ki, evinə basqın edib onu yaralayıblar. Dərhal hadisə yerinə gələn ərazi üzrə Yasamal rayon polis idarəsinin əməkdaşları Elmir Hümbətzadəni yaralı halda görüblər. Zərərçəkmiş polisə bildirib ki, cinayətkarlar onu  qaz silahı və bıçaqla vurublar.

Əməliyyata başlayan polis çox çəkməyib ki, cinayətin iştrakçıları Nahid Eyvazov və tanışı Elman Sadıqovu saxlayıb. Saxlanılarkən onlardan həmin qaz silahı və bıçaq da aşkar edilib. Məlum olub ki, həmin şəxslər evdən 455 manat pul, 5 ədəd noutbuk, xeyli mobil telefon və nömrə, fen və digər elektronik avadanlığı quldurluq yolu ilə əldə ediblər.

Polis həmin şəxslərdən quldurluq yolu ilə əldə edilmiş bəzi avadanlıqları aşkar edərək zərərçəkmişə qaytarıb. Elə bunu saxlanılan Nahid Eyvazov da təsdiq edir.

Qeyd edək ki, saxlanılan Nahid Eyvazov əvvəllər qəsədən adam öldürmə cinayətinə görə 15, Elman Sadıqov isə 13 il müddətdə azadlıqdan məhrum ediliblər. Elə onların tanışlığı da həbsxanadan başlayıb. 

Faktla bağlı hər iki şəxs barəsində Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanı, istintaq gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 


660 dəfə oxunub


Digər xəbərlər


VİDEO: İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator
20:29 – 19.1.2017

Kalkulyatorun hesablama qaydası isə çox sadədir.

VİDEO: Bu şəxsi işə düzəltmək adı ilə aldatdılar - DİQQƏTLİ OLUN!
20:15 – 19.1.2017

Bu vəziyyətdə vətəndaş nə etməlidir? Əməkaşlarımız mövzunu araşdırıb.

VİDEO: Sosial şəbəkələrdə - TƏHLÜKƏLİ TENDENSİYA
20:13 – 19.1.2017

Sosial şəbəkələrdə insanları intihara və depresiyaya sövq edən səhifələr yaradıb insanları psixoloji təsir altda saxlayırlar.

VİDEO: Aydın Əliyev gömrüklərdəki sıxlığın səbəbini açıqladı
20:10 – 19.1.2017

Aydın Əliyev: “Sınıq Körpü” keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına səbəb işbazlardır

VİDEO: Etibarnamə ilə avtomobil almaq TƏHLÜKƏLİDİR - İZLƏYİN!
20:08 – 19.1.2017

Abşeron sakinin etibarnamə ilə aldığı avtomobil başına iş açıb.

VİDEO: Millət vəkilləri AZAL-ı kəskin tənqid etdilər - Parlamentdə gərgin müzakirə
20:01 – 19.1.2017

AZAL Azərbaycanın dövlət büdcəsinə böyük yükdür və bu qurumun özəlləşdirilməsi çox vacibdir.

VİDEO: Şagirdlər ingilis dilini daha mükəmməl öyrənəcək - Məktəblərdə Danışıq Klubları yaradılır
19:55 – 19.1.2017

Danışıq klublarının yaradılması ilə xarici dil kurslarına tələbatın azalacağı gözlənilir.

VİDEO: Yevlaxda canavarlar 120 baş qoyunu parçaladı
19:51 – 19.1.2017

Hadisə Daşkəsən rayon sakini Əbülfəz Orucovun təsərrüfatında baş verib.

VİDEO: Polis əməliyyat keçirdi - Həbs olunanlar var
19:50 – 19.1.2017

Polis əməkdaşları Bilgəh qəsəbə sakinindən 14 kiloqrama yaxın marixuana aşkarlayıb.

VİDEO: Ölümdən son anda belə qaçdı
17:15 – 19.1.2017

Rusiyalı sürücü dəhşətli avtomobil qəzasından son anda xilas olub.







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi