WhatsApp-da yeni MARAQLI FUNKSİYA: GİF təsvirlər kataloqu

Android üçün WhatsApp menecerinin beta versiyasında animasiya təsvirlərinin cəld axtarış funksiyası işə düşüb.
Şrift ölçüsü:

Texnologiya 11:53 – 12.1.2017

Bundan başqa  bir ismarıcda 30 fayl göndərmək mümkün olacaq.
 
WhatsApp-ın güncəllənən 2.17.6 beta versiyasında GIF təsvirin cəld axtarış funksiyası işə düşüb. Onlara emoji  smaylikləri səhifəsində giriş əldə etmək mümkün olacaq. Düyməni basan anda məşhur animasiya siyahısı çıxacaq, yaxud lazımi təsvirlərin axtarışından istifadə etmək mümkün olacaq.
 
 
GIF fayllar kitabxanası  məşhur animasiya  şəkilləri servisləri olan Giphy və Tenor-un kataloqundan təşkil olunacaq.
 

Bundan başqa yeni versiyada göndərilən faylların sayını artırmaq  mümkün olacaq. Əvvəllər  bir ismarıca  ancaq 10 foto, video, audio, sənəd faylları əlavə etmək olardı. İndi isə birdən-birə 30 fayl göndərmək mümkün olacaq.
 
Xatırladaq ki, “WhatsApp” messengeri köhnəlmiş qurğularda işləməyəcəyi barədə məlumat vermişdik. Layihə müəlliflərinin sözlərinə görə, messenger “iPhone 3GS”, “Windows Phone 7”, “Android 2.1” və “Android 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək. Bu proqram “Blackberry OS”, “Blackberry 10”, “Nokia S40” və “Nokia Symbian S60” mobil qurğularında iyunun 30-dək istifadə olunacaq.
 
Bundan başqa Whatsapp-da yeni dövr çox yaxında başlayır. Artıq mesajları göndərdikdən 24 saat sonra tamamilə yox olacaq. 
 
Snapchat Stories və Messenger Day kimi xüsusiyyətlərdən sonra Whatsapp da bənzər bir variantı istifadəçilərinə təqdim etmək üçün işə başlayıb. Whatsapp-da "Status" adını alacaq xüsusiyyət sayəsində istifadəçilər göndərdikləri şəkillərə emoji, doodle və ya yazı əlavə edə biləcək.
 
Eynilə Snapchat-da olduğu kimi bu işlər 24 saat ərzində sistemdən silinəcək. Ancaq Whatsapp-dakı yeniliklər bununla da məhdudlaşmayacaq.
 
Whatsappa uzun zamandır gəlməsi gözlənilən bir başqa xüsusiyyət də nəhayət yayımlanıb. Whatsapp video axtarış dəstəyini istifadəçilərə təqdim edib.
 
Whatsapp vasitəsi ilə Skype və ya Facetime-da olduğu kimi video konfrans keçirmək imkanı olacaq.
 
Bu xüsusiyyətin başqa Whatsapp-a rəsm çəkmək xüsusiyyəti də təqdim olunub. Yeniləmə ilə foto və video üzərində rəsm çəkmək xüsusiyyəti gəlib. Artıq çəkdiyiniz rəsmləri birbaşa Whatsapp mesajı yolu ilə dostlarınıza göndərə biləcəksiniz.
 
Foto və videoların üstünü yaza, emoji əlavə edə, fırça qalınlığı və ya yazı sitilini dəyişdirə biləcəksiniz.
 
Whatsapp-da şifrələmə də yaxın vaxtlarda istifadəyə veriləcək. O şifrəni bilməyən Whatsapp-a girə bilməyəcək. "Android Authority"nin xəbərinə görə, Whatsapp təhlükəsizlik tədbirlərini daha yüksək səviyyəyə qaldırılmasına çalışır. Məlumata görə, şirkət 6 ədədli şifrələmə sistemini sınaqdan keçirir.
 
Yeni şifrələmə sistemində, "6 xanadan ibarət şifrəni daxil edin", "şifrəniz düzgün deyil, yenidən cəhd edin", "Elektron poçtunuzu daxil edin" kimi kodların və xəbərdarlıqların olduğu bildirilir./FaktXəbər

712 dəfə oxunub


Digər xəbərlər


"Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
16:22 – 19.1.2017

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar

Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL
15:46 – 18.1.2017

Ağıllı telefonlar möhtəşəm cihazlardır.

Bunu biləndən sonra Wi-Fi-ı söndürmədən yatmayacaqsız - MÜTLƏQ OXUYUN!
13:29 – 18.1.2017

Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil.

Kəpənəyə "Donald Tramp" adı verildi
12:08 – 18.1.2017

Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır

“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı - Diqqətli olun!
16:23 – 17.1.2017

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
13:12 – 17.1.2017

Yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır.

Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi
8:49 – 17.1.2017

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib

"Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır
17:29 – 16.1.2017

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.

"Samsung" 19 milyard dollar itirəcək
17:26 – 16.1.2017

Samsung şirkəti "Galaxy Note 7"yə görə 19 milyard dollar itirəcək

“Windows 10 Mobile” əlçatan olacaq
15:18 – 16.1.2017

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi