Alimlər: Smartfon uşaqların gözündə quruluq yaradır

Eksperimentdə 7 yaşdan 12 yaşadək təxminən min uşaq iştirak edib.
Şrift ölçüsü:

Texnologiya 11:45 – 9.1.2017

Koreyalı mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər ki, uşaqların smartfon və planşetdən tez-tez istifadə etmələri onların göz sağlamlığı üçün böyük təhlükə yaradır. Tədqiqatın nəticələri “BMC Ophthalmology” elmi jurnalında dərc olunub.

Eksperimentdə 7 yaşdan 12 yaşadək təxminən min uşaq iştirak edib. Onları izləyən həkimlər müəyyənləşdiriblər ki, ekrandan ayrılmayan uşaqların gözündə problemlər daha tez başlayır. Belə ki, uşaqların gözündə quruluq yaranır, göz yaşının həcmi azalır, hətta tərkibi dəyişir. Gündə üç saatdan çox smartfondan istifadə edən uşaqlarda bu patologiyanın inkişaf riski daha yüksək olur.

Maraqlıdır ki, tədqiqatlarda iştirak edən uşaqların 6,6 faizi artıq gözün quruluğu sindromundan əziyyət çəkirdilər. Onların orta hesabla sutkada 3,2 saat smartfondan istifadə etdikləri məlum olub.

Alimlər bildiriblər ki, artıq bir aydan sonra smartfondan məhdud istifadə uşaqlarda göstərilən sindromun simptomlarının aradan qalxdığını üzə çıxarıb. Ona görə də alimlər telefon və planşetlərlə saatlarla vaxt keçirən uşaqlara ciddi nəzarət etməyi valideynlərə məsləhət görüblər. Tövsiyə ediblər ki, smartfondan istifadə ardıcıl iki saatdan çox olmamalıdır. Bundan əlavə, yuxuya bir saat qalmış uşaqlara telefonla oynamağa icazə verilməməlidir./Azərtac


655 dəfə oxunub


Digər xəbərlər


"Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
16:22 – 19.1.2017

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar

Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL
15:46 – 18.1.2017

Ağıllı telefonlar möhtəşəm cihazlardır.

Bunu biləndən sonra Wi-Fi-ı söndürmədən yatmayacaqsız - MÜTLƏQ OXUYUN!
13:29 – 18.1.2017

Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil.

Kəpənəyə "Donald Tramp" adı verildi
12:08 – 18.1.2017

Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır

“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı - Diqqətli olun!
16:23 – 17.1.2017

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
13:12 – 17.1.2017

Yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır.

Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi
8:49 – 17.1.2017

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib

"Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır
17:29 – 16.1.2017

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.

"Samsung" 19 milyard dollar itirəcək
17:26 – 16.1.2017

Samsung şirkəti "Galaxy Note 7"yə görə 19 milyard dollar itirəcək

“Windows 10 Mobile” əlçatan olacaq
15:18 – 16.1.2017

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi