"Facebook" istifadəçilərinin sayı açıqlandı - Azərbaycanda

Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb.
Şrift ölçüsü:

Texnologiya 9:57 – 9.1.2017

Bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir. GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.

Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5 faiz yüksəlib. Həmçinin Linkedİn platformasının ölkədə əhatəsi artaraq 1,50 faizə yaxınlaşıb.

Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompyuterlərin payı 50,6 faiz, mobil cihazların payı 49,4 faiz olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44 faiz təşkil edib. (Azərtac)


1021 dəfə oxunub


Digər xəbərlər


"Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
16:22 – 19.1.2017

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar

Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL
15:46 – 18.1.2017

Ağıllı telefonlar möhtəşəm cihazlardır.

Bunu biləndən sonra Wi-Fi-ı söndürmədən yatmayacaqsız - MÜTLƏQ OXUYUN!
13:29 – 18.1.2017

Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil.

Kəpənəyə "Donald Tramp" adı verildi
12:08 – 18.1.2017

Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır

“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı - Diqqətli olun!
16:23 – 17.1.2017

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
13:12 – 17.1.2017

Yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır.

Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi
8:49 – 17.1.2017

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib

"Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır
17:29 – 16.1.2017

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.

"Samsung" 19 milyard dollar itirəcək
17:26 – 16.1.2017

Samsung şirkəti "Galaxy Note 7"yə görə 19 milyard dollar itirəcək

“Windows 10 Mobile” əlçatan olacaq
15:18 – 16.1.2017

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi